“Sivasspor”da koronavirusa daha 4 yoluxma
- 02 Dek 2020 17:15
- 577
Türkiyənin “Sivasspor” klubunda daha 4 nəfər koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə COVİD-19 testi pozitiv çıxanlardan ikisinin futbolçu, ikisinin isə texniki heyətin üzvü olduğu diqqətə çatdırılıb. Onlar dərhal karantinə alınıb.
“Qarabağ”ın Avropa Liqasının I qrupundakı rəqiblərindən biri olan “Sivasspor”da daha öncə də bəzi futbolçuların koronavirusa yoluxduğu açıqlanmışdı. Sivas təmsilçisi 5-ci turda evdə İspaniya "Vilyarreal"ını qəbul edəcək.