Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəhbərliyi Siyəzən stadionuna baxış keçirib.

Rekord.az xəbər verir ki, baxış zamanı Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov stadionun mövcud vəziyyəti, stadionun ərazisində quraşdırılan istifadəyə yararlı və yararsız idman qurğuları ilə tanış olub, Siyəzən rayonu üzrə gənclər və idman sektorunun müdiri Nadir Məmmədova müvafiq tapşırıqlarını verib.