Siyəzən şəhər stadionunda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “12 avqust - Beynəlxalq Gənclər Günü” münasibəti ilə atletika üzrə 14 yaşa qədər yeniyetmələr arasında rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, birincilik atletika idman növlərinin inkişaf etdirilməsi, yeniyetmələrin atletikaya marağının artırılması, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkili məqsədi daşıyıb.

400 və 800 metr məsafəyə təşkil olunan yarışda 40 nəfər yeniyetmə atlet iştirak edib. 400 metr məsafəyə atletlərin yarışında Yusifzadə Fərid I, Qəhrəmanov Nurlan II, İbadov Abdulsalam III yeri, 800 metr məsafəyə atletlərin yarışında isə Mayılov Röyal I, Sədrəddinov Əbubəkr II, Baxşəlizadə Cahandar III yeri tutub.

Sonda atletika üzrə Siyəzən birinciliyində yer tutan yeniyetmə atletlər medal və müvafiq dərəcəli diplomlarla təltif olunublar.