Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Siyəzən şəhər 3 nömrəli tam orta məktəbdə "İdman hamı üçün" layihəsi çərçivəsində badminton idman növü nümunəvi çıxışlar keçirilib.

Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd badminton idman növünə uşaq və yeniyetmələrin marağının artırılması, idmanın kütləviliyinin artırılması, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkilidir.