Siyəzən şəhər 2 nömrəli tam orta məktəbdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində basketbol idman növü üzrə kütləvi idman tədbiri keçirilmişdir.

Rekord.az xəbər verir ki, gənclərin basketbol idman növünə marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması, idmanın bu növünün gənclər arasında təbliğ olunması məqsədilə keçirilən idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Cavidan Hüseynov, Siyəzən şəhər 2 nömrəli tam orta məktəbin Fiziki tərbiyə müəllimi Ramin Əkbərov və gənc idmançılar iştirak etmişlər.