Siyəzən şəhər stadionunda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində “Boks hamı üçün” kütləvi idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd boks idman növünün təbliği, sağlam həyat tərzinin təşviq olunması, idmana marağın artırılması, həmçinin asudə vaxtın səmərəli təşkil edilməsidir.