Siyəzən şəhər 4 nömrəli tam orta məktəbdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "Sağlam həyat" layihəsi çərçivəsində boks idman növü üzrə kütləvi idman tədbiri keçirilmişdir.

Rekord.az xəbər verir ki, yeniyetmələrin boks idman növünə marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması, idmanın bu növünün yeniyetmələr arasında təbliğ olunması məqsədilə keçirilən idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, məşqçi-müəllim və yeniyetmə idmançılar iştirak etmişlər.