Siyəzən rayon Böyük Həmyə kənd tam orta məktəbin idman zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində boks idman növü üzrə ustad dərsləri keçirilmişdir.

Rekord.az xəbər verir ki, ustad dərsi gənclər arasında boks üzrə Azərbaycan birinciliyinin gümüş mükafatçısı, bir sıra Beynəlxalq yarışların iştirakçısı Ramiz Əsgərov tərəfindən aparılmışdır.

Ustad dərsinin təşkilində əsas məqsəd uşaq və yeniyetmələr arasında boks idman növünə marağın artırılması, kənd yerlərində uşaq və yeniyetmələrin idmana cəlb edilməsi, yeniyetmə boksçuların yarışlara hazırlıq səviyyəsinin yüksəldilməsi, həmçinin sağlam həyat tərzinin təbliğ olunmasıdır.