“Sağlam həyat” layihəsi çərçivəsində Siyəzən şəhər 4 saylı tam orta məktəbdə Siyəzən və Bakı şəhərlərinin boksçuları arasında yoldaşlıq görüşü keçirilib. 

Rekord.az xəbər verir ki, yoldaşlıq görüşü yeniyetmə və gənclər arasında boks idman növünün təbliği, bu idman növünə marağın artırılması, sağlam həyat tərzinin təşviq edilməsi, gənc boksçuların yarış təcrübəsinin yüksəldilməsi, həmçinin idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyıb. 
İdman tədbirində 40 nəfərdəb çox yeniyetmə və gənc boksçu iştirak edib.