Siyəzəndə bu gün “Badminton hamı üçün” kütləvi idman tədbiri keçiriləcək
- 05 Apr 2023 11:42
- 282
Bu gün Siyəzəndə Bayraq Meydanında (Gənclərinin Evinin qarşısı) İnkişaf və Sülh naminə Beynəlxalq İdman günü münasibəti ilə “Badminton hamı üçün” kütləvi idman tədbiri keçiriləcək.
Rekord.az xəbər verir ki, "Sağlam həyat" günləri çərçivəsində açıq havada təşkil olunacaq tədbirdə iştirakçılar badminton idman növü ilə yaxından tanışa ola, oynaya və digər əyləncəli fəaliyyətlərdə iştirak edə biləcəklər.
Tədbirinin keçirilməsində əsas məqsəd badminton idman növünə uşaq, yeniyetmə və gənclərin marağının artırılması, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkilidir.
Saat 15:00-da başlayacaq tədbirə yaşından asılı olmayaraq hər kəs dəvətlidir.