Siyəzəndə cüdo üzrə nümunəvi çıxışlar keçirilib
- 16 Dek 2023 12:20
- 287
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Siyəzən şəhər stadionunda "Sağlam həyat" layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar keçirilib.
Rekord.az xəbər verir ki, idman tədbirinin keçirilməsində əsas məqsəd cüdo idman növünün və sağlam həyat tərzinin təbliği, idmanın kütləviliyinin artırılması, yeniyetmələrin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, həmçinin asudə vaxtın səmərəli təşkil olunmasıdır.