Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə şəhər stadionunda "İdman hamı üçün" layihəsi çərçivəsində "Futbol hamı üçün" kütləvi idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, 60-a yaxın uşaq və yeniyetmənin iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsəd futbol idman növünün və sağlam həyat tərzinin təbliği, idmanın əhali arasında kütləviliyinin artırılması, yeniyetmələrin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, həmçinin asudə vaxtın səmərəli təşkil olunmasıdır.