Siyəzən şəhər stadionunda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş minifutbol idman növü üzrə Siyəzən rayon çempionatı start götürüb.

Rekord.az xəbər verir ki, iyunun 25-dək davam edəcək çempionatda 16 komanda 4 qrupda mübarizə aparacaq.