İyunun 6-da Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Eynibulaq kəndindən olan gənclərlə görüş keçirilib.

Rekord.az xəbər verir ki, görüşdə Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Siyəzən və Şabran rayonları üzrə nümayəndəsi Rahil Qurbanov, Siyəzən Rayon İcra Hakimiyyətinin ərazi nümayəndəliyinin əməkdaşları, eləcə də kənd gəncləri iştirak edib.

Çıxışlar zamanı iştirakçılara könüllülük fəaliyyəti, dövlət gənclər və idman siyasətinin əsas istiqamətləri, sahibkarlıq və özünüməşğulluq proqramları, gənclər üçün yaradılan imkanlar və s. haqqında məlumat verilib. Daha sonra görüşdə iştirak edən gənclərin fikir və təklifləri dinlənilib, həmçinin onları maraqlandıran suallar aidiyyatı üzrə cavablandırılıb.