Siyəzəndə “Gimnastika hamı üçün” idman tədbiri keçirilib
- 27 İyl 2023 11:15
- 464
Siyəzən şəhər stadionunda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində “Gimnastika hamı üçün” idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Siyəzən rayonu üzrə gənclər və idman sektorunun müdiri Nadir Məmmədov, məşqçi – müəllimlər, 70 nəfər həvəskar idmançı iştirak etmişdir.
Kütləvi idman tədbirinin keçirilməsində əsas məqsəd uşaq, yeniyetmə və gənclər arasında idmanın kütləviliyinin təmin edilməsi, gimnastikaya marağın artırılması və sağlam həyat tərzinin təbliğidir.