Siyəzəndə güləş üzrə kütləvi idman tədbiri
- 13 Apr 2024 14:40
- 441
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Siyəzən şəhər stadionunun idman zalında "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş idman növü üzrə kütləvi idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, idman tədbirinin keçirilməsində əsas məqsəd sərbəst güləş idman növünün və sağlam həyat tərzinin təbliği, idmanın kütləviliyinin artırılması, yeniyetmələrin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, həmçinin asudə vaxtın səmərəli təşkil olunmasıdır.
İdman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Cavidan Hüseynov, məşqçi-müəllim Ağadədə Allahverdiyev, yeniyetmə və gənc idmançılar iştirak etmişlər.