![photo](https://www.rekord.az/storage/uploads/4/siyezen-9.jpg)
Siyəzəndə “Heydər Əliyev İli”nə həsr olunmuş minifutbol turniri keçiriləcək
- 07 İyl 2023 13:45
- 320
Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə iyul-avqust aylarında şəhər stadionunda “Heydər Əliyev İli”nə həsr olunmuş gənclər arasında minifutbol üzrə rayon çempionatının keçirilməsi nəzərdə tutulub.
Rekord.az xəbər verir ki, bununla əlaqədar olaraq 8 iyul tarixdə saat 10:00-da şəhər stadionunda yarışda iştirak edəcək komandaların nümayəndələrinin iştirakı ilə görüş keçiriləcək.
Görüşdə çempionatda iştirak etmək istəyən komandaların nümayəndələri iştirak edəcək.