Siyəzəndə “Heydər Əliyev İli”nə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilib.
- 13 May 2023 12:43
- 434
Siyəzən Gənclər Evində “Heydər Əliyev İli” çərçivəsində ahmat üzrə rayon birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda 40 yeniyetmə şahmatçı mübarizə aparıb.
Birincilik Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi, uşaqlar arasında şahmatın təbliği, idmanın bu növünə marağın artırılması və kütləviliyinə nail olunması, perspektivli şahmatçıların üzə çıxarılması, həmçinin asudə vaxtın səmərəli təşkil olunması məqsədi daşıyıb. 2 gün davam edən yarışın nəticəsinə əsasən oğlanlar arasında şəhər 3 saylı tam orta məktəbin şagirdi Ömər İsmayıllı I, şəhər 1 saylı tam orta məktəbin şagirdi Hikmət Atakişiyev II, şəhər 4 saylı tam orta məktəbin şagirdi Rəsul Qəhrəmanov III olub. Qızların yarışında şəhər 1 saylı tam orta məktəbin şagirdləri Ruqəyyə Məmmədli və Zəhra Bünyətzadə I və II yeri bölüşüblər. Şəhər 3 saylı tam orta məktəbin şagirdi Leyla Bağırlı isə III yeri tutub.
Yer tutan şahmatçılar diplom və medallarla təltif ediliblər.