Siyəzəndə idmançılarla görüş keçirilib
- 29 Fev 2024 20:00
- 217
“İdman həftəsi” çərçivəsində Siyəzən rayonu Böyük Həmyə kəndindən olan idmançılarla görüş keçirilib.
Rekord.az xəbər verir ki, 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə kənd məktəbinin akt zalında baş tutan tədbirdə Siyəzən rayonu üzrə gənclər və idman sektorunun müdiri Nadir Məmmədov, Siyəzən rayon Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru Yavuz Əliyev, Böyük Həmyə kənd tam orta məktəbin təşkilati işlər üzrə direktor müavini Zamiq Güləliyev, məşqçi-müəllimlər, məktəbin fiziki tərbiyə müəllimləri, həmçinin idmançılar iştirak edib.
Tədbirin açılışında ilk öncə ölkəmizin müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra çıxış edənlər ilk növbədə əlamətdar gün münasibəti ilə iştirakçıları təbrik ediblər və bu günün əhəmiyyətindən danışıblar. Çıxışlarda ölkə rəhbəri cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsinin dövlətin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğısının bariz nümunəsi olduğu bildirilib. Qeyd olunub ki, bu gün ölkəmiz idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla paralellik təşkil edir.
Çıxışlardan sonra 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə idmanının inkişafındakı xidmətlərinə görə bir qrup məşqçi-müəllim, fiziki tərbiyə müəllimi, eyni zamanda ötən dövr ərzində yarışlarda yüksək nəticələr əldə etmiş idmançılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif olunublar.
Sonda kənd idmançılarının müxtəlif idman növləri üzrə yarışlarda qazandığı nailiyyətləri əks etdirən sərgiyə baxış keçirilib.