Siyəzəndə “Sağlam həyat günü” tədbiri keçirilib
- 03 Avq 2023 18:22
- 285
Siyəzən şəhər stadionunda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində “Sağlam həyat günü” kütləvi idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, tədbir zamanı iştirakçılar yerindən paralel qollar, turnikdə dartınma, yerdə çəkinmə və s. yüngül atletik hərəkətlər yerinə yetiriblər.
İdman tədbirinin təşkilində məqsəd idmanın kütləviliyinin artırılması, sağlam həyat tərzinin təbliği, uşaq və yeniyetmələr arasında atletika idman növlərinə marağın artırılması, həmçinin asudə vaxtın səmərəli təşkilidir.