Siyəzəndə "Sağlam həyat" layihəsi çərçivəsində "Açıq qapı" günü keçirilib
- 26 Avq 2023 11:00
- 472
Siyəzən fitness klubunda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "Sağlam həyat" layihəsi çərçivəsində "Açıq qapı" günü keçirilib.
Rekord.az xəbər verir ki, kütləvi idman tədbirinin keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin təşviq olunması, onların fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, həmçinin asudə vaxtın səmərəli təşkilidir.
“Açıq qapı” günü zamanı iştirakçılar fitness klubda yaradılan şərait, burada mövcud olan idman qurğuları və məşq prosesi ilə yaxından tanış olublar.