"Sağlam həyat" layihəsi çərçivəsində şəhər 4 saylı tam orta məktəbdə Siyəzən və "Bakı-Neftçi" İSM boksçuları arasında yoldaşlıq görüşü keçirilib.

Rekord.az xəbər verir ki, yoldaşlıq görüşü boks idman növünün yeniyetmə və gənclər arasında təbliği, sağlam həyat tərzinin təşviqi, gənc boksçuların döyüş təcrübəsinin artırılması, həmçinin idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyıb.

Yoldaşlıq görüşündə 50-dən çox boksçu iştirak edib.