Siyəzən Gənclər Evində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində “Şahmat hamı üçün” kütləvi idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, kütləvi idman tədbiri şahmat oyununa marağın artırılması, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkil olunması məqsədi daşıyıb.