Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 29-cu ildönümü münasibəti ilə 14 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə Siyəzən rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Gənclər Evində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilən turnirdə 30 yeniyetmə şahmatçı mübarizə aparıb.

Yarış yeniyetmələrin şahmata marağının artırılması, yeniyetmə şahmatçıların yarış təcrübəsinin artırılması, istedadlı şahmatçıların üzə çıxarılması və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb.

2 gün davam edən birinciliyin yekun nəticəsinə əsasən oğlanlar arasında Cahid Allahverdiyev I yeri, Mehdi Şeydalı II yeri, Səid Kərəmov III yeri, qızlar arasında isə Qızılgül Həsənova I yeri, Fatimə Yarəliyeva II yeri, Billurə Yarəliyeva III yeri tutmuşlar.

Yarışın qalibləri sonda diplomlarla təltif olunublar.