Aprelin 20-də Gənclər Evində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə pensiya və sosial müavinət alan şəxslər arasında II Respublika Şahmat Turnirinin Siyəzən və Şabran rayonları üzrə seçim mərhələsi keçirilib.

Rekord.az xəbər verir ki, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin və DSMF-nin 2 saylı Regional filialının və təşkilatçılığı ilə Dövlət Sosial Müdafiə Fondu tərəfindən keçirilən yarışda 17 ahıl şahmatçı iştirak edib.

Dairəvi sistem üzrə təşkil edilən oyunların nəticəsinə qalib olan iştiraçılara fəxri fərmanlar təqdim edilib. I yerin tutan iştirakçı yarışın finalına vəsiqə qazanıb.