Siyəzən şəhər stadionunda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 26 İyul - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyinə həsr olunmuş 2011-2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında futbol üzrə Siyəzən rayon birinciliyinə start verilib.

Rekord.az xəbər verir ki, yarışın açılış mərasimində ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yarışda Siyəzən rayonu üzrə gənclər və idman sektorunun müdiri Nadir Məmmədov, Siyəzən şəhər stadionunun direktoru Elçin Ağayev və digərləri iştirak edib.

16 iyul 2024-cü il tarixədək davam edəcək yarışda 8 komanda qalib adı uğrunda mübarizə aparacaq.