Siyəzən şəhər 6 nömrəli məktəb-liseyində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində “Voleybol hamı üçün” kütləvi idman tədbiri keçirilmişdir.

Rekord.az xəbər verir ki, yeniyetmə və gənclərin voleybol idman növünə marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması, idmanın bu növünün yeniyetmə və gənclər arasında təbliğ olunması məqsədilə keçirilən idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Cavidan Hüseynov, Siyəzən şəhər 3 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Buludxan İsgəndərov, yeniyetmə və gənc idmançılar iştirak etmişlər.