Siyəzən Gənclər Evində 8 Noyabr – Zəfər gününə həsr olunmuş nərd oyunu üzrə rayon çempionatı keçirilib.

Rekord.az xəbər verir ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Siyəzən Gənclər Evində keçirilən çempionatda həvəskar oyunçular iştirak edib.

Yarış Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi, milli oyun növlərinin təbliğ olunması, stolüstü oyunların rayonda inkişaf etdirilməsi, nərd oyununa əhali arasında marağın artırtırılması və asudə vaxtın səmərəli təşkil edilməsi məqsədi daşıyıb. Çempionatın oyunlarının nəticəsinə Əbdülov Tərlan I, Əbdülov Elman II, Səfərov Elmar III yeri tutub.

Mükafatlandırma mərasimində yer tutan idmançılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə təltif edilmişlər.