Daha öncə xəbər verdiyimiz kimi, "Şkendiya"da çıxış edən Valon Ahmedinin "Zirə"yə keçidi baş tutmayıb.

Rekord.az xəbər verir ki, Şimali Makedoniya klubu 26 yaşlı yarımmüdafiəçini buraxmaq istəməyib.

Ahmedi karyerasına Azərbaycanda davam etmək istəsə də, "Şkendiya" onun mövqeyinə başqa transfer edə bilməyəcəyini əsas gətirib və heyətdə qalmasını məqbul sayıb.

Valon Ahmedinin hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır. "Şkendiya" cari mövsüm Avropa Liqasının I təsnifat mərhələsində "Sumqayıt"ı mübarizədən kənarlaşdırıb - 2:0. Kapitan elə bu matçda "Zirə"nin diqqətini çəkib.

Komandanın lideri klub rəhbərliyinin qərarına cavab olaraq, maaşının bir qədər artırılması tələbi irəli sürüb. "Şkendiya" idarəçiləri bu məsələyə yeni il öncəsi baxılacağını bildirərək, Ahmedini sakitləşdirib. (sportinfo.az)