FİFA, ötən il Səudiyyə Ərəbistanı təmsilçisi “Əl İttihad”dan qovulan Slaven Bliçə təzminat ödənilməli olduğunu açıqlayıb.

Rekord.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

“Əl İttihad” haqsız yerə müqaviləsini ləğv etdiyi Biliçə 15 milyon dollar təzminat ödəməlidi. FİFA-nın “Əl İttihad”a göndərdiyi bildirişdə, bu məbləğin bir aya ödənilməli olduğu qeyd edilib.

Biliç 2018/19 mövsümündə “Əl İttihad”ı çalışdırıb. Xorvat mütəxəssis hazırda İngiltərənin “Vest Bromviç” klubunun baş məşqçisidir.