Slovakiya - Azərbaycan matçı norveçli hakimlərə həvalə olundu
- 05 Okt 2020 17:30
- 591
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Slovakiyaya qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Rekord.az xəbər verir ki, qarşılaşma Norveçdən olan hakimlər briqadasına həvalə edilib.
Qarşılaşmanın baş hakimi Kristofer Hagenes olacaq. Ona yan xətt hakimləri Anders Olav Dale və İsak Elias Başevkin kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rohit Saggi yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 8-də Nitra stadionunda keçiriləcək Slovakiya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 18:30-da start veriləcək.