Slovakiya - Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı
- 16 Noy 2019 16:40
- 771
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – Azəbaycan oyununa təyinatlar açıqlanıb.
Rekord.az xəbər verir ki, görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Sergey Boyko olacaq. Ona Vladimir Volodin və Semen Şlonçak köməklik edəcək. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək.
Noyabrın 19-da keçiriləcək Slovakiya – Azərbaycan matçı saat 23:45-də start götürəcək.