Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda baş tutan Slovakiya - Rumıniya matçının (1:1) ən yaxşı futbolçusu müəyyənləşib.

Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, slovakiyalı yarımmüdafiəçi Stanislav Lobotka qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

90 dəqiqə meydanda olan 30 yaşlı futbolçu qarşılaşmanı yüksək səviyyədə keçirib.