Slovakiya yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda Estoniya və Azərbaycan milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.

Rekord.az xəbər verir ki, Baş məşqçi Françesko Kaltsona C liqasının 1-ci qrupu çərçivəsində sentyabrın 5-də Tallində Estoniya, 8-də isə Koşitsedə Azərbaycan milli komandasına qarşı baş tutacaq matçlara 27 futbolçu dəvət edib.
 
Qapıçılar: Martin Dúbravka, Marek Rodák, Henrich Ravas;
Müdafiəçilər: Peter Pekarík, Michal Tomič, Norbert Gyömbér, Denis Vavro, Ľubomír Šatka, Milan Škriniar, Adam Obert, Dávid Hancko, Samuel Kozlovský;
Yarımmüdafiəçilər: Stanislav Lobotka, Peter Pokorný, Juraj Kucka, Ondrej Duda, László Bénes, Tomáš Rigo, Matúš Bero;
Hücumçular: Lukáš Haraslín, Dávid Ďuriš, Leo Sauer, Ľubomír Tupta, Ivan Schranz, Tomáš Suslov, David Strelec, Róbert Boženík.
 
Qeyd edək ki, Slovakiya - Azərbaycan qarşılaşması sentyabrın 8-də, Bakı vaxtı ilə saat 20:00-da Koşitse Futbol Arenasında keçiriləcək.