Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda baş tutan Sloveniya - Serbiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, sloveniyalıların heyətində Yan Karniçnik qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

29 yaşlı müdafiəçi Serbiya ilə matçda komandasının yeganə qolunu vurub.