AFFA ciddi maliyyə çatışmazlığı ilə üzləşib.

Rekord.az-ın məlumatına görə, federasiya qarşılaşdığı problem SOCAR-dan qaynaqlanır.

Məsələ ondadır ki, asossiasiyanın baş sponsoru olan neft şirkətində audit yoxlaimaları aparılıb. AFFA-dan futbola ayrılan ödəmələrə «stop» qoyulub.

Bu səbəbdən, qurumdan birbaşa maliyyələşən Premyer Liqa və I Divizion klubları onlara çatmalı ıolan vəsaiti əldə edə bilmir. Problemin minimum ilin sonunadək davam etməsi gözlənilir.

Çətinliklər millidən də yan keçməyib. UEFA Millətlər Liqasının son 2 turunda Monteneqro və Lükseburqla qolsuz heç-heçə edən, həmçinin Sloveniya ilə yoldaşlııq görüşündə qolsuz bərabərliyə nail olan yığma mükafatını hələ də almayıb.

Komandanın əsas heyət üzvlərinin hər birinə 35000 manat ödənməlidir, bunun isə nə vaxt olacağı naməlumdur. (sportinfo.az)