SOCAR-dan maliyyələşən klubları hansı təhlükə gözləyir?
- 04 Fev 2021 13:00
- 837
AFFA SOCAR-dan maaliyyələşən Premyer Liqa və I Divizion klublarının büdcəsinə yenidən baxacaq.
Rekord.az xəbər verir ki, sportinfo.az-a federasiyadan əldə etdiyi məlumata görə, bu, net şirkətinin idarəetməsində aparılan islahatlarla əlaqədardır.
SOCAR-da Müşahidə Şurasının yaradılmasından sonra idman sahəsinə ayrılan yardım paketinin araşdırılması və ayrılan vəsaitin hərtərəfli şəkildə təkrar nəzərdən keçirilməsi gözlənilir.
Buna əsasən, gələn mövsümdən büdcə portfelinin azaldılması istisna olunmur.