SOCAR şirkəti Türkiyənin “Fənərbaxça” klubuna sponsor ola bilər.

Rekord.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Xəbərdə, tərəflər arasında razılıq əldə olunacağı halda, “Fənərbaxça”nın adı “Fənərbaxça SOCAR” və ya “Fənərbaxça SC” olacaq və klubun bütün borcları silinəcək.

Tərəflər arasındakı razılaşmanın 15 illik olacağı və “Fənərbaxça”nın 450 milyon avro gəlir əldə edəcəyi bildirilir. SOCAR-ın “Fənərbaxça”nın ad sponsorluğundakı rəqibi isə “Red Bull” şirkətidi.