SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov Azərbayxanda yeni futbol klubuna himayədarlıq edə bilər.

Rekord.az xəbər verir ki, idman ictimaiyyəti arasında yayılan xəbərlərə görə, neft şirkətinin rəhbər şəxsinin belə bir niyyəti var.

Belə ki, onun «Şamaxı»ya sponsor olmaq istədiyi söylənilir. Sözügedən komanda Region Liqasının iştirakçısıdır və mərkəz zonasıında mübarizə aparır.

İki ildir yarımhəvəskar çempionatda qüvvəsini snayan Şamaxının eyniadlı təmsilçisinə İsmayılova məxsus odduğu deyilən «AzGranata»nın maliyyə ayıracağına dair söz-söhbətlər var.

Adııçəkilən şirkət respublikanın bir sıra rayonları ilə yanaşı, Şamaxıda da fəaliyyət göstərir. «Şamaxı»nın gələcəyi ilə bağlı AFFA-nın müəyyən planlarının olmasıı da məlumdur.

Belə ki, federasiya bu rayonda yeni stadionun tikintisini öz üzərinə götürüb. Qurum arenanın inşasını həm öz daxili imkanları, həm əd UEFA-nın «Het-trik» proqramının köməyi ilə həyata keçirəcək.