SOCAR-ın yeni rəhbərliyi I Divizion klublarına kurator təyin edəcək?
- 16 Okt 2021 12:00
- 715
SOCAR-dan maliyyələşən Premyer Liqa və I Divizion klublara kurator təyin edilə bilər.
Rekord.az xəbər verir ki, hazırda bununla bağlı neft şirkətində müzakirələr başlayıb.
Bunu vacib edən səbab SOCAR-dan komandalara ayrılan vəsaitin istiqaməti üzrə xərclənməsinə müəyyən şübhələrin olması və bu barədə dövrü mətbuatda yayılan xəbərlərdir.
SOCAR-a yeni təyinat alan rəsmilər maliyyə kütləsinin yalnız AFFA tərəfindən bölüşdürülməsinə ehtiyatla yanaşır. Və onlara nəzarət sisteminin olmasını vacib sayır. (sportinfo.az)