Yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu böyük ehtimalla şəhər icra hakimiyyətinin balansında olacaq.

Rekord.az-a daxil olan məlumata görə, gənclər və idman idarəsi stadiona baxacaq büdcəsinin olmadığını əsas gətirərək ilk başdan geri çəkilib.

Stadionun SOCAR-ın balansında verilməsi də təklif olunub. Lakin neft şirkəti də bundan imtina edib. Səbəb kimi bu qurumun "Kapital Bank Arena"nın xərclərini qarşıladığı göstərilib. Yəni eyni anda iki stadiona baxmaq SOCAR-a da sərf etməyib. Belə olan halda, bütün ağırlıq şəhər icra hakimiyyətinin üzərinə düşəcək və arena da onların balansında olacaq.