Məlum olduğu kimi, pandemiya səbəbindən bütün idman qurğuları, o cümlədən stadionlar hazırda qapalı vəziyyətdədir.

Rekord.az xəbər verir ki, "Sumqayıt"ın ev oyunlarını keçirdiyi "Kapital Bank Arena" da səssiz günlərini keçirir.

Əldə etdiyimiz məlumata görə, gözətçilər və xadimələrdən başqa arenaya heç kim buraxılmır. Nə fuitbolçular, nə məşqçilər nə də klubun rəsmi şəxsləri. Deyilənə görə, heş klub prezidenti Riad Rəfiyev də arenaya gtedə bilmir. Bu göstəriş birbaşa SOCAR-dan gəlib və operativ qərargahın idman qurğuları ilə bağlı qadağası aradan götürülməyənı qədər qüvvədə qalacaq.

Qeyd edək ki, "Kapital Bank Arena" SOCAR-a məxsusdur və "Sumqayıt" bu arenadan icarə qaydasında istifadə edir.