Avropa Konfrans Liqasının ikinci mərhələsinin cavab oyunu çərçivəsində iyulun 29-da “Keşlə” Rusiya təmsilçisi “Soçi” ölkəmizə sabah gələcək.

Rekord.az xəbər verir ki, günortadan sonra Bakıda olacaq Rusiya təmsilçisi birbaşa qalacaqları otelə yollanacaq.

Ruslar oyun öncəsi məşqdən imtina edib. Komandanın baş məşqçisi Vladimir Fedotov belə qərar verib. Onun hansı səbəbdən belə qərar verdiyi isə məlum deyil.