ATV telekanalında yayımlanan məşhur "Buğlama" əyləncəli serialında "Qarabağ"ın hücumçusu Mahir Əmrəli haqqında maraqlı epizod hazırlanıb. "Rekord.az" xəbər verir ki, süjetə əsasən oğrular qrup mərhələsində uğursuz oynayan və lazımi qədər qol vura bilməyən futbolçunu "cəzalandırmaq" məqsədilə onun evinə gedib, oranı yarıblar. Hətta bu işdə onlara "Qarabağ"ın digər futbolçusu Qara Qarayev də yardımçı olub, Mahirin maaşını deyib, evini göstərib, "əlbir" olmağa razılaşıb :) Çox maraqlı və məzəli alınan həmin hissəni sizə təqdim edirik: