Uels Futbol Assosiasiyası yığmanın baş məşqçisi Rayan Giqqzin Avro-2020-nin oyunları zamanı komandanın başında olmayacağını açıqlayıb.

Rekord.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

47 yaşlı mütəxəssis iki qadına zorakılıqda günahlandırıldığı üçün bu qərar verilib. Onu Avro-2020-də Robert Peyc əvəzləyəcək.

Qeyd edək ki, Britaniya polisi bu gün R.Giqqzlə bağlı ittiham irəli sürüb. Məhkəmə iclası aprelin 28-də keçiriləcək.

Qeyd edək ki, Uels millisi Avro-2020-də  A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.