ŞOK: U-21-in Lixtenşteynlə Sumqayıtdakı oyunu da qumara qoyulub?
- 07 Dek 2019 14:00
- 1260
U-21 millimiz ətrafında xoş olmayan söhbətlər dərinləşməkdədir. Bir müddət bundan qabaq komandanın Fransa ilə səfər matçının qumara qoyulması haqda mətbuatda məlumat yayıldı. Həmin oyunda millimizin 4-dən artıq qol buraxacağına dair yarım milyonluq "stavka" qoyulub. Bununla bağlı UEFA-dan birbaşa AFFA-ya məlumat göndərilib.
Rekord.az-a daxil olan məlumata görə, Obradoviçin komandasının tək bu oyunu şübhə doğurmur.
Əldə etdiyimiz məlumata görə, U-21-in evdə Lixtenşteynlə oyunu da şübhəli bilinir. Belə ki, həmin oyunda millimizin 1-dən artıq qol vurmayacağına külli miqdarda pul qoyuluşu edilib və həmin nəticə də özünü doğuruldub. UEFA indi də bunun izinə düşüb və AFFA-ya da buna görə məlumat göndərib.