Rusiyanın SSKA klubu son 20 ilin ən uğursuz mövsümünü keçirib.

Rekord.az xəbər verir ki, komanda Premyer Liqanın sonuncu - 30-cu turunda səfərdə Moskva "Dinamo"suna 2:3 hesabı ilə uduzaraq 20 ildən sonra avrokuboklardan kənarda qalıb.

Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun çalışdığı "hərbçilər" bu nəticədən sonra 2020/2021 mövsümünü 50 xalla 6-cı pillədə bitirib. "Rubin" və "Soçi" 53 xalla müvafiq olaraq 4-5-ci yerləri tutub. "Lokomativ" 56 xalla 3-cü, "Spartak" isə 57 xalla 2-ci olub. "Zenit" isə sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.