Son 3 güləşçimizin Olimpiadada rəqibləri müəyyənləşdi
- 05 Avq 2021 17:46
- 719
Olimpiadada güləş yarışları davam edir.
Rekord.az xəbər verir ki, sabah sərbəst güləşdə 65 və 97, qadın güləşində isə 50 kq-da mübarizəyə start veriləcək.
Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və milli üzvlərinin ilk rəqibləri müəyyənləşib.
Hacı Əliyev (65 kq) 1/8 finalda seneqallı Adama Diatte ilə qarşılaşacaq. Şərif Şərifov (97 kq) ilk görüşdə əsas favoritlərdən biri olan Abdulrəşid Sadullayevlə (Rusiya) mübarizə aparacaq. Mariya Stadnik (50 kq) isə startda rusiyalı Stalvira Orşuşla qüvvəsini sınayacaq.
Qeyd edək ki, bu çəkilərdə mübarizəyə Bakı vaxtı ilə 06:30-da start veriləcək.