Son 32 ilin ən zəif "Qalatasaray"ı
- 24 Sen 2021 12:20
- 470
Türkiyə Superliqasının 6-cı turunda səfərdə "Kayserispor"a uduzan "Qalatasaray"ın tarixində antirekord qeydə alınıb.
Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi son 32 ildə mövsümə bu cür uğursuz start verməyib. İlk iki turda qalib gələn Fatih Terimin komandası növbəti iki matçında heç-heçə edib. Son iki oyunda isə uduzan "cim-bom" 6 matça cəmi 8 xal toplayıb.
"Sarı-qırmızılar" sonuncu dəfə 1989-1990 mövsümündə belə uğursuz başlanğıc etmişdi. O dövrdə komanda ilk 6 oyuna 7 xal toplayıb.
Qeyd edək ki, "Qalatasaray" hazırda turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.