Almaniyanın “Bayern” klubu yeni antirekorda imza atıb.

Rekord.az xəbər verir ki, Münhen təmsilçisi ölkə kubokunun 1/16 final oyununda Mönhenqladbax "Borussiya"sına 0:5 hesabı ilə uduzub.

Bununla da klub 43 ildən sonra ilk dəfə hansısa qarşılaşmada 5 və ya daha çox top fərqi ilə məğlub olub.

Hazırkı ölkə çempionu son olaraq 1978-ci ildə Bundesliqada “Fortuna”ya 1:7 hesabı ilə yenilib.